Ermənilər Ukraynadan dron oğurlayır
Tarix: 24-01-2023 16:46 | Bölmə: Siyasət
Ermənilər Ukraynadan dron oğurlayır

“Ukraynadan bəzi dronların (silahların) Ermənistana ötürülməsi ilə bağlı məlumatlar tirajlanır. İlkin istinad mənbəyi Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlamaları olsa da, məncə, burada daha dərin məqsədlər və məqamlar var. Hovakim Arutyunyanın bu açıqlamasının arxasında Rusiya və İran xüsusi xidmət orqanlarının dayandığı məlum olsa, heç təəccüblənmərəm, xəbəri dövriyyəyə buraxmaqla “bir daşla bir neçə quş” vurmaq istəyirlər”.

Reyting.az
xəbər verir ki, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

Onun fikrincə, burada bir neçə məqsəd var:

“Birincisi, Azərbaycan xalqında, cəmiyyətində ictimai rəyə təsir göstərmək, Ukrayna xalqının haqlı mübarizəsinə bizim toplumun göstərdiyi dəstəyi sarsıtmaq, Ukrayna əleyhinə mənfi rəy formalaşdırmaq.

İkincisi, İran və Rusiya Ermənistana gizli yollarla dron, silah ötürürülərsə, sabah bu üzə çıxanda, Azərbaycan tərəfi bununla bağlı mövqe bildirməyə başlayanda İran və Rusiya “3 meymunu” oynayaraq deyəcəklər ki, bu bizlik deyil, ukraynalılar bu silahları hərbi qənimət kimi əldə edib Ermənistana ötürüblər”.

Natiq Cəfərli hesab edir ki, Azərbaycanın əlaqədar dövlət orqanları bu məsələni diqqətlə saxlamalı, Rusiya və İranın belə oyunlarını üzə çıxarmağa çalışmalıdırlar:

“Azərbaycan tərəfi rəsmi olaraq Ukraynaya da müraciət etməlidir ki, Hovakim Arutyunyanın açıqlamaları araşdırılsın, döyüşən, vuruşan, öz ərazi bütövlüyü üçün qəhramanlıq göstərən Ukrayna ordusunun silahlarını kim və necə oğurlayıb Ermənistana verir”.

ELXAN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}