İsraildə yəhudi-erməni qarşıdurması: tərəflər arasında münasibətlər getdikcə gərginləşir
Tarix: 30-01-2023 11:04 | Bölmə: Slayd
İsraildə yəhudi-erməni qarşıdurması: tərəflər arasında münasibətlər getdikcə gərginləşir

Şərqi Qüdsün qədim hissəsində fanatik yəhudilər erməni patriarxlığına hücum edərək damda olan xaçı və erməni bayrağını endirməyə çalışıblar.

Reyting.az
xəbər verir ki, Qüdsdəki erməni patriarxlığının rəsmisi Ağan Qoqçyanın sosial media hesabında yazdığına görə, qədim şəhərin xristian məhəlləsində iki yəhudi köçkünün ermənilərin idarə etdiyi maşının yolunu kəsməsi ilə tərəflər arasında mübahisə yaranıb.

Yəhudi köçkünlər ermənilərə deyiblər ki, sizin burada məhəlləniz yoxdur, bura bizim ölkədir, buradan gedin.

Erməni gənclər isə bəyan ediblər ki, bura bizim ölkədir, bizim evimiz buradadır, biz burada doğulmuşuq, getməyə başqa yerimiz yoxdur. Lakin yəhudi köçkünlər bu insanlara qarşı gözyaşardıcı qazdan istifadə edərək hadisə yerindən qaçıblar.

Ermənilərin polisə şikayəti nəticəsində iki yəhudi köçkün saxlanılsa da, onlardan biri səhər saatlarında sərbəst buraxılıb.

Şərqi Qüdsün qədim hissəsində xistian məhəlləsinin sakini Kris Manukyan “Anadolu” agentliyinə bildirib ki, bu hadisədən sonra yenidən fanatik yəhudilərin köçkün qrupu məhəlləyə gələrək, erməni patriarxlığının damındakı xaçı və erməni bayrağını aşağı salmağa cəhd edib.

Erməni gənclərin bunun qarşısını almağa çalışdığını və qruplar arasında toqquşma olduğunu qeyd edən Manukyan deyib ki, İsrail polisi hadisə yerinə gəlsə də, yəhudilərin tərəfini tutub.

Manukyanın iddiasına görə, İsrail polisi erməni gənclərə silah tuşlayıb, erməniləri döyüb və bir ermənini saxlayıb: “İsrail polisi hər bir halda yəhudi köçkünlərin tərəfini tutur. Gənclərimiz müqəddəs yerlərini qorumağa çalışarkən saxlanılır”.

Manukyanın sözlərinə görə, qədim şəhərdə xristian məhəlləsi yəhudilər üçün müqəddəs sayılan Burak (Ağlama) divarına gedən yolda yerləşdiyi üçün radikal yəhudi köçkünlərin hücumları tez-tez baş verir.

“Burada ərəblərin və ya xristianların mülkləri yəhudi mühacirlər tərəfindən hücuma məruz qalır. Yəhudi köçkünlər xristian din xadimlərinin üzərinə tüpürür, təxribatçı şüarlar səsləndirir, təxribat xarakterli hərəkətlər edirlər. Bu fanatik qrupların sayı artır və yeni hökumətlə daha da güclənir”,- erməni bildirib.

Xatırladaq ki, Şərqi Qüdsdə yəhudi yaşayış məntəqəsinə təşkil edilən silahlı hücumda 7 israilli həyatını itirdikdən sonra, işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində məskunlaşanların hücumlarında artım müşahidə olunur.

Yanvarın 26-da cümə axşamı axşam saatlarında Şərqi Qüdsün qədim hissəsindəki erməni məhəlləsindəki restorana yəhudi köçkünlər hücum ediblər. Yəhudilərin restorana hücumu, tərəflərin restoranda bir-birlərinə stol və stul atması ilə bağlı görüntüləri sosial mediada da yayılıb.

“Müqəddəs Torpaqlardakı Kilsələr” qrupu erməni restoranına hücumu pisləyib və şəhərdə yəhudi kimliyini təlqin etməyə çalışan azlıq qruplarına qarşı tədbirlər görməyə çağırıb.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}