“Avroviziya 2024” ilə bağlı yeni qərarlar verilib
Tarix: 10-07-2023 15:42 | Bölmə: Şou-biznes
“Avroviziya 2024” ilə bağlı yeni qərarlar verilib

“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsi ilə yeni qərarlar açıqlanıb. Novator.az bildirir ki, ilk yarımfinal mayın 7-nə, ikinci yarımfinal mayın 9-na, final mayın 11-nə təyin olunub. Yarışın ev sahibi kimi İsveçin Malmö şəhəri seçilib.

2023-cü il iyulun 10-dək 19 ölkə müsabiqədə iştirakını təsdiqləyib: Almaniya, Avstriya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Malta, Moldova, Lüksemburq, Niderland, Norveç.

İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, İsveçrə, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}