Şou-biznesdə qarşıdurma – Seyidcahan Rozaya şans vermək istəmir
Tarix: 16-11-2019 11:22 | Bölmə: Şou-biznes
Şou-biznesdə qarşıdurma – Seyidcahan Rozaya şans vermək istəmir

Əməkdar artist Elza Seyidcahanla müğənni Roza Zərgərli arasında başlayan qalmaqal qızışır.

Qalmaqala səbəb E. Seyidcahanla bağlı suala Rozanın "Kimlə? Tanımıram. İstəyirsiz onları gündəmə gətirim? Onlar üçün şərəf olar. Çaşırlar, sonra da peşman olurlar",- deməsidir.

Rozanın bu cavabından sora E. Seyidcahan deyib ki, Allahın sevə-sevə yaratdığı şah əsər qarşınızda durub: “Hələ doğulmayıb, tanıyacaq da. Elza bu gün yox, əsrlərlə yaşayacaq".

Bildirilir ki, ifaçılar arasındakı qalmaqalın əsas səbəbi Rozanın iddiasıdır. Deyilənə görə, Roza Zərgərli mərhum Xalq artisti İlhamə Quliyevanın şou-biznesdəki missiyasına sahiblənmək, bu sahənin nümayəndələri üzərində təsir imkanları qazanmaq istəyir. Elza isə “dünənin uşağına” belə bir şansı tanımaq istəmir, ona "İşinlə, bədən formanla məşğul ol",- deyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}