Ruhi Əliyeva koronavirusa yoluxub
Tarix: 05-12-2020 22:54 | Bölmə: Şou-biznes
Ruhi Əliyeva koronavirusa yoluxub

Azərbaycanın tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva koronavirusa yoluxub.

Reyting.az
xəbər verir ki, bununla bağlı iş xanımı özünün “Instagram” səhifəsində paylaşım edib.

Ruhi Əliyeva hazırda bütün dünyanı cənginə almış koronavirusdan müalicə olunduğunu qeyd edərək, hər kəsə bu bəladan ciddi şəkildə qorunmağı tövsiyə edib:

"Hər vaxtınız xeyir, əzizlərim. Ümid edirəm hər biriniz yaxşısınız. Hazırda ölkəmiz və bütün dünya COVID-19 virusu ilə mübarizə aparır. Təəssüf ki, son zamanlarda Azərbaycanda bu virusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Bütün deyilən qaydalara bacardığım qədər riayət etsəm də təəssüf ki, mən də koronavirusa yoluxdum. Çox şükür, indi daha yaxşıyam, müalicəm ev şəraitində davam edir. Baxın, əzizlərim, qızdırma, sümük ağrıları, halsızlıq kimi simptomlar olduğu təqdirdə həkimə gedərək test vermək, müalicələrə başlamaq və məsuliyyətli olmaq mütləqdir. Bəzən xəbərlərdə oxuyuram, koronavirus xəstələri yaşayış yerlərini tərk edərək, başqalarının həyatını da təhlükəyə atırlar. Belə olmaz. Kimsə bu xəstəliyi yüngül keçirirsə, başqası ağır keçirə bilər. Özümüzü fikirləşdiyimiz qədər ətrafımızdakıları da düşünməliyik. Vitaminlərdən, immunitet gücləndirən dərmanlardan, maskadan istifadə mütləqdir. Allah hər kəsin köməyi olsun. Bütün xəstələrə şəfalar diləyirəm. Arzu edirəm bu bəla tezliklə başımızdan sovrular. Özünüzü qoruyun".




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər