NATO Azərbaycanı və erməniləri dialoqa çağırır
Tarix: 20-09-2023 18:09 | Bölmə: Xəbərlər
NATO Azərbaycanı və erməniləri  dialoqa çağırır

NATO Azərbaycanı və Ermənistan silah qüvvələrinin Qarabağdakı birləşmələrini hərtərəfli razılaşma əldə etmək üçün danışıqları bərpa etməyə çağırır.

Reyting.az
xəbər verir ki, bu barədə “X”-dəki mikrobloqunda NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə Xavyer Kolomina yazıb.

X. Kolomina qeyd edib ki, Azərbaycandakı vəziyyəti diqqətlə izləyirlər: “Atəşkəs elan edildikdən sonra zorakılıq olmadan həll yolu tapmaq və humanitar vəziyyətin daha da pisləşməməsi üçün dialoq aparılmalıdır”.

NATO hərtərəfli razılaşma əldə etmək üçün tərəfləri danışıqları bərpa etməyə çağırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}