Bakıda qohum qohumunu öldürüb
Tarix: 03-12-2023 09:45 | Bölmə: Xəbərlər
Bakıda qohum qohumunu öldürüb

Bakıda qəsdən adam öldürmə faktı üzrə cinayət işi açılıb.

Nizami rayon Prokurorluğundan Reyting.az-a verilən məlumata görə, dekabrın 2-si saat 23:30 radələrində paytaxtın Nizami rayonu ərazisində 1978-ci il təvəllüdlü Rasim Zamanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. H.Həsrətov iş üzrə şübhhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub