Zaqatala xəstəxanasında mənimsəmə: cinayət işi açılıb
Tarix: 08-12-2023 18:00 | Bölmə: Xəbərlər
Zaqatala xəstəxanasında mənimsəmə: cinayət işi açılıb

“Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Reyting.az
Zaqatala Rayon Prokurorluğuna istinadla xəbər verir ki, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.06.2021-ci il tarixdən 01.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.




Bölməyə aid digər xəbərlər