Ukrayna Azərbaycana yeni səfir göndərib
Tarix: 29-04-2024 19:09 | Bölmə: Siyasət
Ukrayna Azərbaycana yeni səfir göndərib

Xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiti Yuriy Husyev ilə görüşüb.

Reyting.az
 Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfir ilk öncə etimadnaməsinin surətlərini təqdim edib.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Ukraynanın səfiri Yuriy Husyev öz növbəsində Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfirə ölkəmizdəki fəaliyyəti müddətində uğurlar arzulanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}