13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Stoltenberq: "Ukrayna NATO-ya üzv olmaq yolundadır"
Tarix: 29-04-2024 18:01 | Bölmə: Xəbərlər
Stoltenberq: "Ukrayna NATO-ya üzv olmaq yolundadır"

"Ukrayna NATO-ya daxil olmaq yolundadır".

TASS xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə mətbuat konfransında deyib.

O qeyd edib ki, amma iyulun 9-11-də keçiriləcək sammitə qədər alyans ölkələri Ukraynanı NATO-ya dəvət etmək barədə razılığa gələ bilməyəcək:

“Bizə konsensus lazımdır, NATO-nun 32 üzvünün razılığa gəlməsi lazımdır. İyulda keçiriləcək sammitə qədər bu razılaşmanın olacağını düşünmürəm, amma biz Ukraynanı NATO-ya yaxınlaşdırdığımızı nümayiş etdirəcəyik”.

Baş katib vurğulayıb ki, Ukrayna NATO-ya üzv olacaq və bu, yalnız zaman məsələsidir:

“Biz bunun üzərində çox çalışırıq. Ukraynanın yeri NATO-dadır”(Report).




Bölməyə aid digər xəbərlər
14-05-2024, 10:09 XİN İsraili təbrik edib
10-05-2024, 12:51 Sabiq rektora hökm oxunub

{sape_links}{sape_article}