AFFA “Zirə”yə xəbərdarlıq edib, "Qarabağ”ı 700 manat cərimələyib
Tarix: 16-05-2024 12:25 | Bölmə: İdman
AFFA “Zirə”yə xəbərdarlıq edib, "Qarabağ”ı 700 manat cərimələyib

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXIV turunda baş tutan “Zirə” - “Qarabağ” matçında yaşananlara görə meydan sahiblərinə xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, buna səbəb “Zirə” azarkeşlərinin 89-cu dəqiqədə hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi olub.

Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA xəbərdarlıqla kifayətlənib.

Sözügedən matçda 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” 700 manat cərimələnib.

XXXIV turun “Neftçi” – “Kəpəz” oyununda Şakir Seyidov 75-ci dəqiqədə ciddi qayda pozuntusuna yol verdiyinə və bu səbəbdən qırmızı vərəqə ilə meydandan qovulduğuna görə Gəncə klubu 1500 manat cərimələnib. Futbolçu isə iki oyunluq diskvalifikasiya edilib.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib