Neftçalada molla narkotik satarkən saxlanılıb - Yenilənib
Tarix: 07-05-2024 15:45 | Bölmə: Cəmiyyət
Neftçalada molla narkotik satarkən saxlanılıb

Neftçala rayonunda axund narkotacir kimi həbs edilib.

Məlumata görə, ötən gecə DİN əməkdaşları rayonda narkotik əməliyyatı keçirib.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlardan biri axund Salmanov Samid Şakir oğlu olub. O, rayonda Kərbəlayi Samid kimi tanınır.
Neftçalada mədrəsədə çalışırmış.

Axund Samidə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilib(Bakupost.az)

***

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}