Gürcüstan parlamenti prezidentin vetosunu ləğv edəcək
Tarix: 20-05-2024 14:24 | Bölmə: Xəbərlər
Gürcüstan parlamenti prezidentin vetosunu ləğv edəcək

Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanuna qoyduğu vetodan çıxa biləcək.

Reyting.az
xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Spikerin sözlərinə görə, mayın 20-də parlament bürosunun iclası keçiriləcək və orada prezidentin vetosu qeydə alınaraq baxılmaq üçün Hüquq komitəsinə təqdim olunacaq. Komitə vetoya baxdıqdan sonra o, plenar iclasda səsə qoyulacaq.

Qeyd edək ki, mayın 18-də prezident Zurabişvili “Xarici agentlər haqqında” qanuna veto qoyub. Prezident bildirib ki, bu qanun Avropa standartlarına zidd olduğundan ona düzəlişlər edilə bilməz, ləğv olunmalıdır. Daha sonra prezidentin parlament qarşısında çıxışının təfərrüatları mediada yer alıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}