Tanınmış şəxslərin adı casus siyahısına salınıb
Tarix: 26-10-2024 09:26 | Bölmə: Xəbərlər
Tanınmış şəxslərin adı casus siyahısına salınıb

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi agentlər siyahısına yeni adlar əlavə edib. Nazirliyin açıqlamasında deyilir ki, rusiyalı alim, filoloq Oleq Lekmanovla "Astra Telegram" kanalı da "xarici agent" siyahısına daxil edilib.

Reyting.az
Ədliyyə Nazirliyinə istinadla bildirir ki, Rusiyanın əleyhinə iş aparan "xarici agentlər"in reyestri yenilənib.

Reyestrə Moskvadakı "Yabloko" regional şurasının üzvü, hüquq müdafiəçisi Nikolay Kavkazskinin, filoloq Oleq Lekmanovun, udmurt fəalı Artem Medvedevin, Kirov vilayətindən olan bloger Anton Hardinin də adları daxil edilib.

Nazirliyin yenicə tərtib etdiyi, "casus" kimi ittiham olunan bütün iştirakçıların siyahıya alındığı sütunda ilk ad "Astra telegram" kanalı və onun təsisçisi Anastasiya Çumakovadır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər