12:56 / 26-12-2024
Sabah yağış yağacaq
Qadınları şantaj edən blogerlə bağlı qərar verilib
Tarix: 06-12-2024 10:02 | Bölmə: Xəbərlər
Qadınları şantaj edən blogerlə bağlı qərar verilib

Bakı Apellyasiya Məhkəməsində qadınlara hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloger Cəmil Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Reyting.az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. 

Xatırladaq ki, C.Quliyev Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsinin 3 bəndi üzrə təqsirli bilinir.

Qeyd olunub ki, o, sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. C.Quliyev həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərdən birindən 6 800, digərindən 2 400 manat alıb.

Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.

Məhkəmənin 14 oktyabr tarixli hökmü ilə Cəmil Quliyevə 6 il həbs cəzası verilib.

Qeyd edək ki, C.Quliyev instaqram və tiktok sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesabla tanınıb.

O, qeyd edilən cinayətdən əvvəl narkotik vasitədən istifadəyə görə 2 aylıq həbs də olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər