Sərnişin təyyarəsi məcburi eniş edib
Tarix: 19-03-2025 09:24 | Bölmə: Xəbərlər
Sərnişin təyyarəsi məcburi eniş edib

Moskvadan havaya qalxan təyyarə məcburi eniş etməli olub.

Reyting.az
xəbər verir ki, bu barədə “Baza” agentliyi məlumat yayıb.

Məlumata görə, sərnişin təyyarəsi Rusiya paytaxtındakı Şeremetyevo hava limanından Moskva–Novokuznetsk reysi üzrə uçuşa başlasa da, az sonra pilot təcili eniş tələb edib. Buna səbəb təyyarənin ön şüşəsinin çatlaması olub. Təyyarə insidentsiz yerə enib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
17-03-2025, 15:19 Müğənni həbs edilib