00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Şəmkirdə əməliyyat: saxlanılanlar var
Tarix: 10-06-2025 15:30 | Bölmə: Cəmiyyət
Şəmkirdə əməliyyat: saxlanılanlar var

Şəmkir rayonunda 5 kq narkotik dövriyyədən çıxarılıb.

Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elşad İsmayılov saxlanılıb.

Onun üzərində şəxsi axtarış zamanı narkotik vasitə olan “marixuana” aşkar edilib.

Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 4 kq 700 qram narkotik vasitə olan “marixuana” aşkarlanaraq götürülüb.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən 7 nəfər də saxlanılıb. Onların üzərindən, avtomobilindən və yaşadıqları ünvandan müxtəlif çəkidə və növdə narkotik vasitə aşkar edilib.

Faktlarla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq