00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Erməniləri dini liderin müdafiəsinə çağırırlar
Tarix: 10-06-2025 17:18 | Bölmə: Dünya
Erməniləri dini liderin müdafiəsinə çağırırlar

Bu gün saat 01:00-da bütün ermənilərin katolikosu İrəvana qayıdacaq. Bunu sosial şəbəkələrdə “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan yazıb.

Reyting.az
xəbər verir ki, İ. Saqatelyan vətəndaşları katolikosu qarşılamaq üçün Zvartnots hava limanının VİP salonuna toplaşmağa çağırıb.

Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Rodina” partiyasının sədri Artur Vanetsyan da vətəndaşları hava limanının VİP zalına toplaşmağa və katolikosu qarşılamağa səsləyib.

Çağırışda deyilir ki, Ermənistan hakimiyyət xalqın dəyərlərinə, birliyinə, inancına və kilsəsinə hücumlarını davam etdirir və məqsədlərinə çatmaq üçün heç bir məhdudiyyət yoxdur: “Bunun qarşısını almaq üçün açıq müqavimət lazımdır. Bizim kilsəmiz bilməlidir ki, onun tərəfindəyik. Kilsənin düşmənləri də bunu yaxşı bilməlidirlər”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib