Belarusdan uçan naməlum dron Vilnüsdə görünüb
Tarix: 28-07-2025 14:06 | Bölmə: Dünya
Belarusdan uçan naməlum dron Vilnüsdə görünüb

“Bu gün səhər sakinlər pilotsuz uçuş aparat barədə məlumat veriblər. O, böyük ehtimalla Belarusdan Litvaya uçub. Pilotsuz təyyarə təxminən 200 metr yüksəklikdə müşahidə edilib və sonuncu dəfə Vilnüs yaxınlığında görünüb”.

Reyting.az
xəbər verir ki, bunu Litva Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin nümayəndəsi Darius Buta deyib.

O, hazırda bu obyektin yaratdığı təhlükə barədə etibarlı məlumat olmadığını bildirib.

“Biz pilotsuz təyyarənin harada olduğunu, hara düşə biləcəyini öyrənməyə çalışırıq”, - Buta əlavə edib.

Müdafiə naziri Dovilė Sakalienė bildirib ki, bu gün hava qaçaqmalçılarının öz yüklərini çatdırmaq üçün istifadə etdiyi meteoroloji balonlar üçün əlverişlidir: “Biz hələlik onun hansı obyekt olduğunu dəqiq müəyyən edə bilmirik”.

Hadisə şahidləri sosial mediada yazıblar ki, onlar səhər saat 5-ə yaxın Litvaya uçan pilotsuz təyyarəni görüblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər