Belarusda 500 minə yaxın tüfeyli var
Tarix: 03-12-2018 11:58 | Bölmə: Dünya
Belarusda 500 minə yaxın tüfeyli var

Belarusda əmək qabiliyyətli əhalinin təxminən 500 min nəfərə yaxını dekabrın 1-də ölkədə yayılan avaralar bazasına daxil edilib.

Reyting.az bildirir ki, bu barədə əmək və sosial müdafiə naziri İrina Kosteviç məlumat verib.

Onun sözlərinə görə, ölkə vətəndaşları öz statusları ilə bağlı məlumatı elektron xidmətin vahid portalından öyrənə bilərlər.

Oraya işləməyən hər kəsin ad və soyadı, doğulduğu tarix, şəxsi identifikasiya edilmiş nömrəsi, eləcə də qeydiyyat yeri daxil edilib.

Qeyd edilir ki, Yeni ildən sonra tüfeyliləri daha xoşaglməz xəbər gözləyir: onlar kommunal xidmətə görə tam məbləğ ödəyəcəklər. Bu dəyişiklik çox təsirli olacaq, çünki Belarus sakinləri mənzil-kommunal xidmətlərə görə yalnız 40 faizə yaxın pul ödəyir, qalan xərcləri isə dövlət ödəyir.

Belarus prezidenti etiraf edib ki, “tüfeylilər haqqında dekret”in təşəbbüsçüsü özüdür.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 18:54 Məsud Bərzani qayıtdı