Prezident Administrasiyası üçün yeni bina tikiləcək
Tarix: 25-04-2018 13:51 | Bölmə: Cəmiyyət
Prezident Administrasiyası üçün yeni bina tikiləcək

Bakı Şəhər İcra Hakimiyyəti Prezident Administrasiyası üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 30 sot (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ. Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini "Kontinent İnşaat” MMC həyata keçirəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}