Ailə əlil oğlunu timsahlara yedirdib
Tarix: 08-05-2024 20:57 | Bölmə: Cəmiyyət
Ailə əlil oğlunu timsahlara yedirdib

Cənubi Hindistanda altı yaşlı əlil oğlunu “övladlarına yük kimi görən” qadın, əri ilə mübahisə etdikdən sonra uşağı timsahlarla dolu kanala atıb.

Reyting.az
xəbər verir ki, eşitmə və danışma qabiliyyəti zəif olan uşağın parçalanmış cəsədi bazar günü kanaldan çıxarılıb.

Polis bildirib ki, həbs olunan 32 yaşlı Savitri uşağını kanala atmağa məcbur edən əri Ravi Kumardanı ittiham edib.

“Şənbə gecəsi eyni məsələ ilə bağlı artan mübahisədən sonra Savitri oğlunu axşam saat 9 radələrində timsahların olduğu çaya bağlı tullantıların kanalizasiyasına atıb”,-polis inspektoru Krişna Barakeri deyib.

Qonşular həyəcan təbili çaldıqdan sonra polis uşağı tapmaq üçün dalğıclar göndərib. Lakin hava qaraldığından axtarışı növbəti günə saxlamalı olublar. Polis uşağın cəsədinin timsahın çənələrində tapıldığını və timsah tutulduqdan sonra cəsədin sudan çıxarıldığını bildirib. Bədəndə ciddi xəsarətlər, dişləmə izləri olub və sağ qolun qoparılması qeyd alınıb.

Polis bildirib ki, cütlük qətl ittihamı ilə həbs edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}