Yuxarı Qarabağ kanalının bəndi yarılıb, iki kəndi su basıb
Tarix: 02-08-2023 17:53 | Bölmə: Cəmiyyət
Yuxarı Qarabağ kanalının bəndi yarılıb, iki kəndi su basıb

Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində yarılma baş verib.

Məlumata görə, hadisə kanalın Ərəblər və Qaraqoyunlu kəndləri ərazisindən keçən hissəsində baş verib.

Kanaldan təzyiqlə keçən su həmin kəndlərin bir hissəsinə dolub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Hazırda su basmasının qarşısının alınması üçün müvafiq işlər aparılır(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}