Baydenin oğlu kirayə haqqını ödəmədən qaldığı evdən qaçıb - Fotolar
Tarix: 03-08-2023 11:40 | Bölmə: Cəmiyyət
Baydenin oğlu kirayə haqqını ödəmədən qaldığı evdən qaçıb

Çılpaq qadın videoları və narkotikə aludəçiliyi ilə tez-tez mətbuatına gündəminə gələn ABŞ prezidenti Cozef Baydenin oğlu Hunter Bayden son günlər kirayə böhranı ilə bağlı xəbərlərin mərkəzində durur.

Reyting.az
xatırladır ki, narkotikdən istifadə edərkən silah saxlamaqda və vergidən yayınmada ittiham olunan Hunter Bayden bu dəfə kirayə pulunu ödəmədiyi üçün mətbuatın mövzusuna çevrilib.

Onu da xatırladaq ki, Hunter Bayden nəhayət, striptizçi xanımla münasibətindən olan 4 yaşlı qızını qəbul edib.



“Daily Mail” qəzeti 53 yaşlı Hunter Baydenin 2021-ci ildə ailəsi ilə birlikdə köçdüyü Kaliforniyadakı 4 milyon dollarlıq lüks villadan kirayə haqqını ödəmədən qaçdığını yazıb. Məlumata görə, Bayden və həyat yoldaşı Melissa Koen körpələri Beau ilə birlikdə yaşadıqları evi dağıtdıqdan sonra 80 min dollarlıq kirayə pulunu ödəmədən evi tərk ediblər.

Qəzetə danışan bir mənbə H. Bayden haqqında “Onlar dəhşətli kirayəçilər idi. Aylarla ev sahibinin kirayə haqqını vermədilər və evi çox pis vəziyyətdə tərk etdilər”,- deyib.

Evin sahibinin ABŞ-da məşhur fast-food şəbəkəsinin yaradıcılarından biri Conatan Neman olduğu bildirilir.



Qonşular cütlüyü “hörmətsiz və kobud” adlandırıblar. Bayden cütlüyünün evdəki səs sistemini pozduqlarını və evi çox çirkli tərk etdiklərini qeyd edən məhəllə sakinləri deyiblər ki, Hunter Bayden və həyat yoldaşının vurduğu ziyan aradan qaldırıldıqdan sonra aylıq 25 min dollar kirayəsi olan ev satılıb.

İngilis qəzeti kirayə haqqını ala bilməyən ev sahibinin gündəmə düşməmək üçün Hunter Baydeni məhkəməyə vermədiyini yazıb.

Son zamanlar gündəmdə olan Hunter Bayden atasının adından istifadə edərək biznes qurmaqda da ittiham olunur. Prezident C. Baydenin də oğlunun biznes əlaqələrinə kömək etməsi barədə ABŞ mətbuatında yazılanlar böyük əks-səda doğurub. ABŞ Konqresində keçirilən dinləmədə Baydenin iş ortağının oğlu Devon Arçer bildirib ki, Hunter Bayden iş ortaqları ilə görüşlərinə atası Cozef Bayden də telefonla qoşulub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}