18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Bərdədə həyətlərə dolan suyun çəkilməsi işləri aparılır - Fotolar
Tarix: 03-08-2023 14:20 | Bölmə: Cəmiyyət
Bərdədə həyətlərə dolan suyun çəkilməsi işləri aparılır

Yuxarı Qarabağ su kanalının bəndinin uçması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndində fərdi yaşayış evlərinin həyətlərinə dolan suyun çəkilməsi işləri davam etdirilir.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin briqadaları tərəfindən hazırda kənd ərazisində su basmış həyətlərdə müvafiq işlər aparılır.

Evlərin zirzəmisindən və həyətyanı sahələrdən suların çəkilməsi üçün əraziyə FHN-nin texnikaları və xüsusi su çəkən aqreqatlar gətirilib.

Xatırladaq ki, ötən gün Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsindəki bəndinin bir hissəsi uçub. Güclü su axını nəticəsində yaşayış məntəqəsi subasmaya məruz qalıb. Tədbirlər nəticəsində suyun qarşısı alınsa da, kənd sakinlərinin təsərrüfatlarına ziyan dəyib. Hazırda sakinlərə dəymiş ziyanla bağlı dəqiqləşdirmələr aparılır(Report).








Bölməyə aid digər xəbərlər
bütün xəbərlər