Gəncədə silahlı şəxs saxlanılıb
Tarix: 04-08-2023 10:49 | Bölmə: Cəmiyyət
Gəncədə silahlı şəxs saxlanılıb

Gəncədə qanunsuz olaraq odlu silah saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) Narkotiklərlə Mübarizə Bölməsinin keçiridkiləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz qanunsuz olaraq odlu sulah saxlamaqda və gəzdirməkdə şübhəli bilinərək saxlanılan Fərahim Verdiyevin ətrafında davam etdirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxsin tanışı, hazırda oğurluq cinayəti törətdiyinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcritxanasında həbsdə olan Zaur Heydərzadənin də odlu silah gizlətməsi məlum olub.

Z.Heydərzadə dərhal Baş Polis İdarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb olunub və o, ifadəsində vəfat etmiş dostundan odlu slah almasını və onu şəhər ərazisində gizlətməsini etiraf edib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid 1 ədəd daraq aşkar edilərk götürlüb.

Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}