Şəmkirdə güclü yağış elektrik enerjisinin verilməsinə problem yaradıb
Tarix: 04-08-2023 11:42 | Bölmə: Cəmiyyət
Şəmkirdə güclü yağış elektrik enerjisinin verilməsinə problem yaradıb

Şəmkir rayonuna leysan yağıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Məlumatına görə, bölgədə yağan güclü yağış bir sıra fəsadlar törədib.

Şəmkir rayon Kür qəsəbəsi, Yeniabad, Keçili və Mahmudlu kəndlərində küləklə müşahidə olunan leysan yağışlar nəticəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Bəzi küçələrdə insanların və avtomobillərin hərəkətində çətinlik yaradıb.

Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da qeyri-sabit hava şəraiti müşahidə olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}