18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dövlətə xəyanətdə ittiham edilən şəxslərin məhkəməsi başlayıb
Tarix: 04-08-2023 13:47 | Bölmə: Cəmiyyət
Dövlətə xəyanətdə ittiham edilən şəxslərin məhkəməsi başlayıb

Dövlətə xəyanətdə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Reyting.az
"Report"a xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra hər iki şəxs Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə qısa müşavirədən sonra hər iki təqsirləndirilən şəxsin vəsatətini təmin edib.

Məhkəmənin hazırlıq iclası avqustun 16-na təyin edilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, ötən ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər