18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ermənistan cinayətkarların “haqq-hesab” meydanına çevrilib
Tarix: 08-08-2023 11:03 | Bölmə: Cəmiyyət
Ermənistan cinayətkarların “haqq-hesab” meydanına çevrilib

Ermənistanda qətl hadisələrinin sayı kəskin artıb. İlin birinci yarısında 33 qətl hadisəsi qeydə alınıb, onlardan 7-si odlu silahdan istifadə etməklə törədilib. 2022-ci ilin eyni dövründə 22 qətl hadisəsi qeydə alınıb, onlardan 5-də odlu silahdan istifadə edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi bildirib.

Əvvəlki illə müqayisədə adamöldürmə hadisələrinin 50 faiz artması ölkədə cinayətkarlığın vəziyyətinin pisləşdiyini göstərir. Erməni mətbuatı yazır ki, belə həyəcanverici mənzərənin olmasına baxmayaraq, cəmi bir neçə həftə əvvəl Daxili İşlər Nazirliyində keçirilən müşavirədə 2023-cü ilin birinci yarısında polisin qarşısına qoyulan vəzifələrin icrasına nail olduğu vurğulanıb.

Müşavirədə daxili işlər naziri qətl, qəsdən adamöldürməyə cəhd və digər cinayətlərin açılması istiqamətində işlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Lakin polisin üzərinə düşən vəzifələrin icrası təkcə cinayətlərin açılması deyil, həm də onların qarşısının alınmasıdır.

Qeyd edək ki, son bir neçə ildə, xüsusilə 2020-ci ildən sonra Ermənistan MDB məkanında kriminal aləmin və qatı cinayətkarların “haqq-hesab” meydanına çevrilib. Burada bir neçə “qanuni oğru” güllələnib və ya həyatına sui-qəsd edilib. Belə halların məhz niyə Ermənistanda baş verməsinin səbəbləri hələlik aydın olmasa da, ehtimal olunur ki, paytaxt İrəvanda boşluqların yaranması Ermənistanı kriminal ünsürlər üçün cəlbedici edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər