18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Göyçayda döyülən 53 yaşlı kişi xəstəxanada ölüb
Tarix: 08-08-2023 12:20 | Bölmə: Cəmiyyət
Göyçayda döyülən 53 yaşlı kişi xəstəxanada ölüb

Göyçayda döyülən 53 yaşlı kişi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, rayon sakini, 1970-ci il təvəllüdlü Ruslan Süleymanovun döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması, göstərilən tibbi yardımlara baxmayaraq bu gün xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı R.Süleymanovla qonşusu, 1988-ci il təvəllüdlü İslam Şıxaliyev arasında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı sonuncunun küt alətlə R.Süleymanovun ölümünə səbəb olan xəsarətlər yetirdiyi müəyyən edilib.

İ.Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər