18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Məzardan çıxarılan meyit hamını təəccübləndirib - Foto
Tarix: 08-08-2023 14:39 | Bölmə: Cəmiyyət
Məzardan çıxarılan meyit hamını təəccübləndirib

Luang Phor Pian ötən ilin noyabrında Taylandın Banqkok şəhərində 92 yaşında vəfat edib. Kambocalı Pian həyatının çox hissəsini Taylandın mərkəzi Lopburi şəhərində ruhani və buddist kimi keçirib.

Reyting.az
xəbər verir ki, Pian dünyasını dəyişdikdən sonra işlədiyi monastıra aparılıb və orada dəfn edilib. Buddist ənənələri çərçivəsində 9 aydan sonra eksqumasiya edilən Pianı görənlər gözlərinə inanmayıb.

Aradan keçən müddətdə heç bir xüsusi qorunma olmamasına baxmayaraq, meyiti çox az çürüyən Pianın üzündəki təbəssüm dünya mətbuatının gündəminə çevrilib.

Səlahiyyətlilər, inanclarına uyğun olaraq, Piana yeni paltar geyindirmək üçün eksqumasiya etdiklərini söyləyiblər.

Yerli mətbuata açıqlama verən həkim qrupları cəsədin ölümdən sonrakı ilk 36 saatda olduğu kimi qaldığını bildirib.

Pianın cəsədinin nisbətən yaxşı vəziyyəti rahibin həqiqətən nirvanaya çatmasının əlaməti kimi təsvir edilir.

Qeyd edək ki, analoji hadisə may ayında ABŞ-da da baş verib. O vaxt Kanzasda yüzlərlə insan rahibənin bütöv cəsədinin yanında dua etmək üçün növbəyə düzülüb. Bəlli olub ki, illər əvvəl vəfat edən və tabutdan yalnız sümüklərinin çıxacağı güman edilən rahibənin cəsədi dəfn edildiyi gün necə olubsa, həmin vəziyyətdə də qalıb.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər