13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Şirvanda qardaşını bıçaqlayan şəxs saxlanılıb
Tarix: 08-08-2023 15:56 | Bölmə: Cəmiyyət
Şirvanda qardaşını bıçaqlayan şəxs saxlanılıb

Şirvanda qardaşını bıçaqlayan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər sakini S.Fərəcovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Fərəcova xəsarət yetirməkdə şübhəli bilinən sonuncunun qardaşı M.Fərəcov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub.

Fakla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq