DYP turistlərin düşdüyü qəza ilə bağlı məlumat yayıb
Tarix: 08-08-2023 16:18 | Bölmə: Cəmiyyət
DYP turistlərin düşdüyü qəza ilə bağlı məlumat yayıb

Baş Dövlət Yol Polisi İdarəsi Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınmış yol qəzası ilə bağlı məlumat yayıb.

Reyting.az
xəbər verir ki, məlumata deyilir:

"Bu gün saat 12:17 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 2,5-ci kilometrliyində, Ağsu rayonu ərazisində 1983-cü il təvəllüdlü Hüseynov Elmir Mayıl oğlunun idarə etdiyi "MAN" markalı, 77-CV-760 dövlət qeydiyyat nişanlı avtobusun əyləc sistemində yaranmış texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq torpaq əraziyə sürüşüb.

Nəticədə avtobusda olan sərnişinlərdən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Əmirova Gülayə Qaçay qızı xəsarət alaraq Şamaxı Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Sürücü E.Hüseynov ilkin ifadəsində sərnişinlərinin tur şəklində Qəbələyə səfər edən şəxslər olduğunu və daşımanı qeyri-rəsmi olaraq şifahi razılaşma əsasında həyata keçirdiyini bildirib.

Hadisə yerinə cəlb olunan DİN BDYPİ-nin 4-cü taqımının əməkdaşları tərəfindən avtobusda olan sərnişinlərin, eləcə də digər nəqliyyat vasitələrinin təhlükəsizliyi üçün zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır".

***




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}