18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İcra hakimiyyətinin binası sökülür
Tarix: 10-08-2023 12:38 | Bölmə: Cəmiyyət
İcra hakimiyyətinin binası sökülür

Bir müddət əvvəl yeni inzibati binaya köçən Şəki Şəhər İcra Hakimiyyətinin köhnə binasının istifadəsiz qaldığı bildirilir.

Reyting.az
Ölkə.Az-a istinadla xəbər verir ki, üzərindəki yazıları da çıxarılan binanın söküləcəyi ilə bağlı məlumatlar yayılıb.

Digər bir məlumata görə isə, Şəki ŞİH-in köhnə binasında bələdiyyə və bəzi dövlət qurumları yerləşdiriləcək.

Artıq 3 gündür binanın taleyi ilə bağlı məlumat almaq üçün icra hakimiyyətinin saytında qeyd olunan nömrələrə zəng etsək də, dəstəyi götürən olmadı.

Qeyd edək ki, Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasınının açılışı ötən il dekabrın 2-də baş tutub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər