Bakıda məsciddən 13 min manat oğurlayan şəxs saxlanılıb
Tarix: 10-08-2023 14:12 | Bölmə: Cəmiyyət
Bakıda məsciddən 13 min manat oğurlayan şəxs saxlanılıb

Bakıda məsciddə nəzir qutularından 13 min manat oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, paytaxtın Yasamal rayonunda yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb.

Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

"Əli Novruzovun qanunsuz əməllərindən zərərçəkənlər Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:18 Sabah yağış yağacaq
Dünən, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb