18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Lənkəranda boynu sınan 12 yaşlı qız ölüb
Tarix: 11-08-2023 15:11 | Bölmə: Cəmiyyət
Lənkəranda boynu sınan 12 yaşlı qız ölüb

Lənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb.

Məlumata görə, bədbəxt hadisə şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü İsmayılova Ləman Elnur qızı qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər