Rezidenturaya qəbulun II mərhələsinin nəticələri açıqlanıb
Tarix: 15-08-2023 16:52 | Bölmə: Cəmiyyət
Rezidenturaya qəbulun II mərhələsinin nəticələri açıqlanıb

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.

Reyting.az
 xəbər verir ki, namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 934 namizəddən 4 nəfər imtahana gəlməyib. Namizədlərdən 769 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 17-dən 22-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:18 Sabah yağış yağacaq
Dünən, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb