18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Hücum məqsədləri üçün yeni virus hazırlayırlar
Tarix: 16-08-2023 15:50 | Bölmə: Cəmiyyət
Hücum məqsədləri üçün yeni virus hazırlayırlar

2023-cü ilin iyul ayında ABŞ-da yaradılan Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsi virusları mutasiya edərək yeni pandemiya hazırlayır. Reyting.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov deyib.

Onun sözlərinə görə, ABŞ-ın qlobal bioloji nəzarətin qurulmasından ötrü strateji planlarını həyata keçirməsi üçün növbəti addım Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsinin yaradılmasıdır.

İ. Kirillov ehtimal edir ki, yeni struktur başqa qlobal fövqəladə vəziyyətə səbəb ola biləcək patogenlər də daxil olmaqla məlum və naməlum bioloji çağırışlarla mübarizə kursunun işlənib hazırlanmasına və fəaliyyətlərin əlaqələndirilməsinə cavabdeh olacaq.

General-leytenantın fikrincə, bu yolla ABŞ virus mutasiyalarını axtararaq yeni pandemiyaya hazırlaşmağa başlayıb. “Biz ABŞ-ın hücum məqsədləri üçün, eləcə də bioloji xarakterli böhran vəziyyətləri yaratmaqla qlobal idarəetmə məqsədləri üçün qondarma müdafiə texnologiyalarından istifadəsini istisna etmirik”, - o deyib.

Kirillov onu da əlavə edib ki, idarəetmənin prioritet istiqamətlərinə virusları və onların genetik modifikasiya olunmuş variantlarını dayandırmaq üçün vaksinlərin və dərmanların yaradılması, həmçinin bioistehsalda qabaqcıl texnologiyaların tətbiqi üzrə işlər daxildir. "Bu struktura prezidentin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Qlobal Sağlamlıq Təhlükəsizliyi və Biotəhlükəsizlik üzrə baş direktor, Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Pol Fridrixs rəhbərlik edəcək", - deyə Kirillov fikrini tamamlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər