18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ABŞ kəşfiyyatçısının rusiyalı oliqarxla gizli əlaqələri üzə çıxıb
Tarix: 16-08-2023 17:47 | Bölmə: Cəmiyyət
ABŞ kəşfiyyatçısının rusiyalı oliqarxla gizli əlaqələri üzə çıxıb

Yanvar ayında rusiyalı milyarder Oleq Deripaskaya sanksiyalardan yayınmağa kömək etməyə cəhdə görə saxlanılan FTB-nin (ABŞ) keçmiş əks-kəşfiyyat zabiti Çarlz Makqoniqal oliqarxla əməkdaşlığını etiraf edib.

Reyting.az
-ın məlumatına görə, Makqoniqal Nyu-Yorkdakı federal məhkəmədə deyib ki, 2021-ci ildə oliqarxın biznes rəqibi (həmçinin rus) haqqında alçaldıcı məlumat tapmaqda kömək etdiyi üçün Deripaskadan 17 min dollar alıb.

O, həmin vaxt bir neçə il sanksiyalar altında olan Deripaskadan Nyu-Cersidəki vasitəçi bank və hüquqi şəxs vasitəsilə 17,5 min dollar məbləğində köçürmə almasına aydınlıq gətirib. Makqoniqal bildirib ki, əməlindən çox peşmandır.

“Bu, təsəvvür etdiyiniz kimi, təkcə məni deyil, dostlarımı, ailəmi, sevdiklərimi də incidir. Mən məsuliyyəti öz üzərimə götürürəm, hərəkətlərim ABŞ-a, FTB-yə, ailəmə və dostlarıma zərər vermək niyyəti ilə edilməyib”, - keçmiş FTB zabiti deyib.

İttiham tərəfi həmçinin iddia edir ki, Makqonqal Deripaskanın biznes rəqibinin 500 milyon dollarlıq gizli aktivlərini aşkar edən elektron faylları tapmaq üçün 650.000 ilə 3 milyon dollar arasında rüsum ödəyib.

Qeyd edək ki, 55 yaşlı Ç. Makqoniqal 2016-2018-ci illərdə FTB-nin Nyu-Yorkdakı əks-kəşfiyyat bölməsinin rəhbəri olub. O, rus oliqarxlarına, xüsusən də Deripaskaya qarşı araşdırmalara rəhbərlik edib. O, həmçinin 2016-cı ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasının Kremllə əlaqəsini araşdıran şəxslərdən biri olub.

2023-cü ilin yanvarında Makqoniqal həbs edilib. O, Deripaskaya ABŞ sanksiyalarından yan keçməyə kömək etməkdə təqsirli bilinir. Rus oliqarx isə 2018-ci ildə Rusiya prezidenti Vladimir Putinlə əlaqələri və Rusiyanın Krımı işğal etməsinə görə ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib. Sanksiyaların 2022-ci ildə etibarlılığı ABŞ Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Makqoniqalı FTB-də işləyərkən keçmiş alban kəşfiyyatçısından aldığı iddia edilən ən azı 225 min dolları gizlətməkdə də ittiham edirlər.

FTB-nin keçmiş əməkdaşı çirkli pulların yuyulması və Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktını pozduğunu etiraf edib. Onu 5 ilə qədər həbs cəzası gözləyir.

Hökm dekabrın 14-də çıxarılacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər