18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dəfn edilmiş qadın 11 gün qəbrdən çıxmağa çalışıb - Fotolar
Tarix: 17-08-2023 16:05 | Bölmə: Cəmiyyət
Dəfn edilmiş qadın 11 gün qəbrdən çıxmağa çalışıb

Braziliya hakimiyyəti 2018-ci ildə diri-diri basdırıldığı və 11 gün ərzində tabutdan çıxmaq üçün mübarizə apardığı iddia edilən 37 yaşlı Rosangela Almeyda dos Santosla bağlı qərar verib.

Reyting.az
-ın məlumatına görə, beş il əvvəl həm ölkənin, həm də dünyanın gündəmində olan dəhşətli hadisə Braziliyanın şimal-şərqindəki Riaxao das Neves bölgəsində olub.

37 yaşlı Rosangela Almeyda dos Santos 2018-ci ilin yanvarında bir həftə müalicə aldığı xəstəxanada “septik şok” səbəbiylə ölüb. Ölüm şəhadətnaməsinə görə, iki dəfə ürəyi dayanan qadının 7 yaşından huşunu itirmə tutması keçirdiyi və çoxlu narkotik istifadə etdiyi öyrənilib.



Həyatını itirən qadını dəfn edən ailəsi 11 gün sonra onları şoka salan xəbərlə sarsılıb. Qəbiristanlığa gələnlər Almeydanın məzarından bağırtı səslərinin eşidildiyini iddia ediblər.

Ailə qəbiristanlığa tələsərək qadının məzarını açdıqda bir sıra narahatedici əlamətlərlə qarşılaşıblar. Tabutun qapaqları dağınıq və içərisində isə qan olub. Qadının alnında və qollarında ailənin daha əvvəl olmadığını iddia etdiyi çapıqlar aşkarlanıb və cəsəd basdırıldığından fərqli vəziyyətdə tapılıb.

Hadisə qısa zamanda böyük əks-səda doğurub. Yerli mətbuatın məlumatına görə, qadının məzarı açılan zaman qəbiristanlıqda 500-dən çox insan olub. Tabutun açılışı zamanı çəkilən və sosial mediada yayımlanan görüntülərdə ətrafdakı izdiham diqqət çəkərkən qadının bədəninə toxunan şahidlər Almeydanın bədəninin hələ də isti olduğunu bildiriblər.

Ana Germana de Almeyda qızının alnında və əllərindəki yaraların tabutdan çıxmaq istəyərkən yarandığını deyib və polisə şikayət edib.



Xəstəxana sözçüsü qadının ölümü ilə bağlı bütün sənədlərin səlahiyyətlilərlə paylaşılacağını bildirib. Polis məzardan eşidildiyi iddia edilən səslərin “şübhəli” olduğuna qərar verib və qəbri açanlara qarşı istintaq başladıb.

Qeyd edək ki, Braziliya qanunlarına görə, qəbrə müdaxilə 3 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər