18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Tibb sahəsində daha bir yenilik edilib
Tarix: 18-08-2023 15:18 | Bölmə: Cəmiyyət
Tibb sahəsində daha bir yenilik edilib

ABŞ alimləri beyni ölmüş insana geni dəyişdirilmiş donuz böyrəyi köçürüblər.

Reyting.az
-ın məlumatına görə, sözügedən böyrək transplantasiyadan sonra 32 gün işləyib.

Nyu-Yorkda yerləşən NYU Langone Health Akademik Tibb Mərkəzi bəyan edib ki, cərrahlar 32 gün yaxşı işləməyə davam edən genetik cəhətdən dəyişdirilmiş donuz böyrəyini ventilyator dəstəyi ilə döyünən ürəyi olan, nevroloji meyarlara görə isə öldüyü elan edilmiş bir insana köçürüblər: “Bu, genetik cəhətdən dəyişdirilmiş donuz böyrəyinin insanda fəaliyyət göstərdiyi ən uzun müddətdir”.

Alimlər donuz böyrəyinin transplantasiyadan dərhal sonra sidik çıxarmağa başladığını bildiriblər.

Artıq 32 gündür ki, böyrəyin yaxşı fəaliyyət göstərdiyi və elmi araşdırmaların sentyabrın ortalarına qədər davam edəcəyi vurğulanıb.

Əməliyyatı həyata keçirən və daha əvvəl ilk geni dəyişdirilmiş donuz böyrəyini köçürən cərrahiyyə şöbəsinin müdiri Flip Monrgomeri deyib: “Bu tədqiqat göstərir ki, yalnız bir genetik modifikasiya ilə eksperimental dərmanlar və ya cihazlar olmadan, donuz böyrəyi ən azı 32 gün insan böyrəyi kimi fəaliyyət göstərə bilər”.

Elm adamları deyiblər ki, donuz orqanlarının insanlar tərəfindən antikor vasitəçiliyi ilə sürətlə rədd edilməsində məsul olduğu aşkar edilən “Alpha-gal” kimi tanınan biomolekulu kodlayan genin “deaktivasiyası” ilə orqanların dərhal rədd edilməsinin qarşısı alınıb.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər