18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Məmməd İsmayıl: "Mənə ayrılan təqaüdün üç şəhid ailəsinin hesabına köçürülməsinə qərar verdim"
Tarix: 19-08-2023 10:55 | Bölmə: Cəmiyyət
Məmməd İsmayıl: "Mənə ayrılan təqaüdün üç şəhid ailəsinin hesabına köçürülməsinə qərar verdim"

"Xətəliyim səbəbiylə çox zaman gələn zənglərə cavab verə bimirəm. Amma bu dəfə uzun-uzadı zəngə cavab verməli oldum. Xəttin o başındakı səs Yazıçılar Birliyindən aradığını söyləyirdi: Anar müəllim adınızı biriliyin təqaüdünə salmağı tapşırıb, elə bu gün sənədləri mənə çatdırmağınız lazımdır. Və… arxasınca da imtina edəcəyimi bilirmiş kimi "sonuncu gündür, istəmirsinizsə, deyin, sizin yerinizə başqasının adını yazaq". Bu kəsə cavabın özündə Yazıçılar Birliyinin mənə münasibəti bir daha üzə çıxdı".

Reyting.az
xəbər verir ki, bunu şair Məmməd İsmayıl bildirib.

O, 15-20 ildə birinci dəfədir ki, Azərbaycan Yazcıçılar Birliyindən ona belə "həssaslıqla" zəng edildiyini deyib:

"Yazıçı və şairlərin dövlət həsabına 25 min tirajla kitabları çap olunanda, yazıçıların ensklopediyası hazırlananda, xarici ölkələrə səfər təşkil ediləndə, adlar, mükafatlar veriləndə, Azərbaycan şairlərinin xarici ölkələrdə çap olunan şeir antologiyalarında əsərlərimə yer verilməyəndə (Şükürlər olsun ki, bunlara mənim ehtiyacım da yoxdur) yada düşmədim, indi taleh məni çox ağır xəstəliklərlə sınağa çəkir və belə bir vaxtda – həm də 84 yaşımda yada salınmağıma bir anlam verə bilmədim.

Yer qulaqlıdır deyirlər, Yazıçılar Birliyi tərcümə qurumu rəhbərlərinin xarici səfərlərdə haqqımda hansı hədyanlar danışdıqlarından da xəbərim var. Bütün bunları görməzdən gəlmişliyin səbəbi nə idi və mən bunamı layiq idim?

Bəlkə bu telefon zəngini ictimailəştirmək də doğru deyil, amma yox, tarixi şahidlik üçün bunların deyilməsinə, yazılmasına ehtiyac duydum. Hamıdan çox ehtiyacım olsa da, o təqaüd pulunu xərcləyə bilməzdim. İki çox ağır əməliyyat keçirsəm və hələ də qohumdan, dostdan uzaq da, xəstəxana odası küncündə Allahla üz-üzə qalsam da, maddi köməyə hamıdan artıq ehtiyacım olsa da, təklifə “yox” demədim. Düşündüm ki, o təqaüd heç olmasa bir il ehtiyac içində yaşayan üç şəhid ailəsinin ən azından çörək pulu ola bilər. Həmin təqaüd pulunu üç şəhid ailəsinin hesabına köçürülməsinə qərar verdim".

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər