23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Laçına növbəti köç: sakinlər doğma yurda qayıdır - Fotolar
Tarix: 20-08-2023 10:26 | Bölmə: Cəmiyyət
Laçına növbəti köç: sakinlər doğma yurda qayıdır

Laçının daha 46 sakini doğma yurda köçürülür.

Reyting.az
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Avqustun 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınacaq.

Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 46 nəfər köçürüləcək.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib.(APA)









Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}