Fəvvarələr meydanındakı qanunsuz tikinti işlərinin qarşısı alınıb
Tarix: 22-08-2023 15:37 | Bölmə: Cəmiyyət
Fəvvarələr meydanındakı qanunsuz tikinti işlərinin qarşısı alınıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtın Səbail rayonunun Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işinin aparıldığını müəyyən edilərək onu dərhal dayandırıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı Komitə şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinı və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edib.

Hazırda tikinti işləri tam dayandırılıb, Komitənin Baş İdarəsinin nəzarəti altına götürülüb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:18 Sabah yağış yağacaq
Dünən, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb