23:54 / 20-05-2024
Masallı sakini güllələnib
“Vaqner”çilər Priqojinin cənazəsini təhvil alsalar da, dəfnə tələsmirlər
Tarix: 28-08-2023 12:20 | Bölmə: Cəmiyyət
“Vaqner”çilər Priqojinin cənazəsini təhvil alsalar da, dəfnə tələsmirlər

Rusiya Federasiyasının “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin cənazəsi avqustun 27-də “vaqner”çilər tərəfindən götürülüb. Cənazə dəfn üçün Sankt-Peterburqa aparılacaq.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, Priqojinin qohumları dəfn mərasiminin dar çərçivədə, girişin xüsusi nişanlarla keçirilməsinə qərar verib.

Təsdiqlənməmiş məlumatlara görə, Priqojinin dəfn mərasimi çərşənbə axşamı, avqustun 29-da ola bilər.

Qeyd olunur ki, hazırda matəm tədbirləri və vida qaydaları ilə bağlı dəqiq qərar yoxdur və hər şey hakimiyyətin mövqeyindən asılı olacaqdır.

Xatırladaq ki, göyərtəsində “Vaqner” PMC-nin lideri Y. Priqojinin də olduğu təyyarə avqustun 23-ü axşam saatlarında Tver yaxınlığında qəzaya uğrayıb. Priqojinin ölümü artıq Rusiya Federasiyasında rəsmən təsdiqlənib. Təyyarənin qəzaya uğramasına səbəb kimi bir neçə versiya irəli sürülür, o cümlədən turbo-soyuducuda və ya eniş şassisində partlayış, ya da Rusiya hərbi təyyarəsi və ya S-300 zenit-raket kompleksi tərəfindən açılan atəş.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}