12:18 / 28-04-2025
Sabah yağış yağacaq
“Qızıl Aypara”nın əməkdaşları Ağdam-Xankəndi yolunda gecələyəcəklər - Fotolar
Tarix: 29-08-2023 20:48 | Bölmə: Cəmiyyət
“Qızıl Aypara”nın əməkdaşları Ağdam-Xankəndi yolunda gecələyəcəklər

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırırlar.

Reyting.az
“Report”a istinadla bildirir ki, həmin çadırlarda AzQAC əməkdaşları, könüllülər gecələyəcək və istirahət edəcəklər.

Qurumun əməkdaşları qeyd ediblər ki, onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki TIR Ağdam-Xankəndi yolunun üzərində dayanıb.

Humanitar yardımın Xankəndiyə çadırılması ilə bağlı qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlardan müvafiq cavab gözləyirlər.







Bölməyə aid digər xəbərlər
Bu gün, 12:18 Sabah yağış yağacaq
Dünən, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb