12:18 / 28-04-2025
Sabah yağış yağacaq
Daimi yorğunluq insan həyatı üçün təhlükəlidir
Tarix: 31-08-2023 18:25 | Bölmə: Cəmiyyət
Daimi yorğunluq insan həyatı üçün təhlükəlidir

"Əgər yorğunluqdan əziyyət çəkirsinizsə, dərhal kalsiumu yoxlamalısınız. Daimi zəiflik kalsium mübadiləsinin pozulmasının ilk əlamətidir”. Reyting.az xəbər verir ki, bunu teleaparıcı, tibb elmləri doktoru Elena Malışeva Rusiyanın Birinci kanalında yayımlanan “Sağlam yaşa!” verilişində deyib.

E. Malışeva daimi yorğunluğun təhlükəli olduğunu, bunun aritmiya və hipertoniyaya səbəb olan kalsium mübadiləsinin pozulması ola biləcəyini diqqətə çatdırıb.

Mütəxəssisin fikrincə, kalsiumun güclü azalması və ya artması sümüklərdə və oynaqlarda ağrı, urolitiyaz, aritmiya və yüksək təzyiqə səbəb ola bilər. “Kalsium bədənimizdə baş verən bir çox hadisələrin mərkəzində ola bilər və kalsium mübadiləsi pozulmuş demək olar ki, bütün xəstələrdə hər şey yorğunluqla başlayır”, - deyə həkim yekunlaşdırıb.

Qeyd edək ki, daha əvvəl həkim və teleaparıcı Aleksandr Myasnikov daimi yorğunluğun qeyri-aşkar səbəbini açıqlamışdı. O, hipertoniya dərmanlarının buna səbəb ola biləcəyini demişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:18 Sabah yağış yağacaq
Dünən, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb