Təhsil sektorunun müdiri icra başçısına müavin təyin olunub
Tarix: 05-09-2023 16:42 | Bölmə: Cəmiyyət
Təhsil sektorunun müdiri icra başçısına müavin təyin olunub

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Məlumata görə, bununla bağlı rayonun icra başçısı Taleh Qaraşov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib(Qafqazinfo).




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:18 Sabah yağış yağacaq
Dünən, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb