18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Qaraciyər üçün ən təhlükəli məhsulun adı açıqlanıb
Tarix: 05-09-2023 17:45 | Bölmə: Cəmiyyət
Qaraciyər üçün ən təhlükəli məhsulun adı açıqlanıb

Şəkər qaraciyər üçün ən təhlükəli məhsuldur. Reyting.az xəbər verir ki, bunu dietoloq-məsləhətçi, “Sağlam Qidalanma” Mərkəzinin direktor müavini Aleksey Kabanov Rusiyanın Lenta.ru saytına açıqlamasında deyib.

Kabanov xəbərdarlıq edib ki, insanlar şirin soda içəndə ən çox şəkər alırlar. Bu kateqoriyalı içkilərdə şəkərin miqdarı 100 mililitrdə 25 qrama çata bilər. Dietoloqun fikrincə, əslində yarım stəkan soda böyüklər üçün gündəlik şəkər miqdarını ehtiva edir.

Kabanov bildirib ki, şəkər qaraciyərə spirtdən daha çox zərər verir.

Dietoloq əlavə edib ki, Rusiyada ən kütləvi qaraciyər xəstəliyi alkoqolsuz yağ xəstəliyidir. Eyni zamanda, qaraciyər üçün ən zərərli məhsulların birləşməsi: heyvan yağları və şəkərdir.

Kabanovun dediyinə görə, alimlər müəyyən ediblər ki, qaraciyərdə artıq piylərin yığılması üçün bir ay ərzində hər gün fast food yemək kifayətdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər