14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Toya silahlı hücum: bəy və daha iki nəfər yaralanıb - Fotolar
Tarix: 06-09-2023 11:43 | Bölmə: Cəmiyyət
Toya silahlı hücum: bəy və daha iki nəfər yaralanıb

Türkiyənin Diyarbəkir şəhərində bir şəxs toya hücum edərək bəyi güllələyib. Hücum zamanı toyda iştirak edən 10 yaşlı uşaq da yaralanıb.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla bildirir ki, hadisə axşam saatlarında Kayapınar rayonunun Qazilər məhəlləsindəki şadlıq sarayında baş verib.

23 yaşlı bəy gəlinlə birlikdə salona daxil olarkən təcavüzkar Səlahəddin Aktaş ona atəş açıb.

Qonaqlar təşviş içində qaçarkən, bəyə bəy ayağından yaralanıb. Daha iki nəfər də güllə yarasından xilas ola bilməyib.

Bəyin silahlı hücuma məruz qaldığı hadisənin video-görüntüsü ortaya çıxıb. Görüntülərdə bəylə gəlinin fotosu çəkilərkən onların arxasında olan Səlahəddin Aktaşın silahdan dəfələrlə atəş açdığı görünür. Güllələrə tuş gələn bəy yerə yıxılarkən zaldakı qonaqlar təşviş və qorxu içində qaçmağa başlayıblar. Hadisə zamanı sıçrayan güllələrdən biri azyaşlı oğlana dəyib.

Hücumdan sonra Aktaş əlində silah qaçaraq zaldan uzaqlaşmağa çalışsa da, qısa müddətdən sonra qonaqların onun arxasınca qaçdıqları görünür.

Məlumata görə, yaralanan bəy zaldan çıxarılaraq xəstəxanaya aparılıb.

Hücum edən S. Aktaş hadisədən 5 saat sonra polis tərəfindən yaxalanıb. Gizləndiyi dostunun evində yaxalanan Aktaşın hücumda istifadə etdiyi güman olunan silah da ələ keçirilib.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı bəlli olub ki, Aktaş təxminən 1 il əvvəl qohumu olan gəlinlə evlənmək istəsə də, mənfi cavab alıb.

Güllə yarası ilə əməliyyat olunan bəyin həyati təhlükəsinin davam etdiyi bildirilir.





ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}